Bank Of Baku

Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavininin oğlu, gəlini və nəvəsi avtomobil qəzasında həlak olub

Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavininin oğlu, gəlini və nəvəsi avtomobil qəzasında həlak olub
# 20 oktyabr 2008 12:02 (UTC +04:00)
1984-cü il təvəllüdlü Abıyev Hüseyn Samid oğlu yüksək sürətlə idarə etdiyi “KİA” markalı, 18 BD 990 dövlət nömrə nişanlı avtomobili Hacıqabul rayonu ərazisində aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər, sürücünün qardaşı, Şirvan şəhər sakini, M. Aydınov küçəsi 2, mənzil 2 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Abıyev Cavid Samid oğlu, sürücünün digər qardaşının həyat yoldaşı, 1988-ci il təvəllüdlü Abıyeva Validə Xəqani qızı və Validə Abıyevanın qızı, 2007-ci il təvəllüdlü Abıyeva Zeynəb Amil qızı hadisə yerində keçiniblər. Sürücü H. Abıyev ağır vəziyyətdə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, ölənlər və yaralı Şirvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyevin oğlu, gəlini və nəvəsidir.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR