Bank Of Baku

Mirzə Sakitlə bağlı sabah Ədliyyə Nazirliyinin qarşısında piket keçiriləcək

Mirzə Sakitlə bağlı sabah Ədliyyə Nazirliyinin qarşısında piket keçiriləcək
# 20 oktyabr 2008 13:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) “Azadlıq” qəzetinin həbsdə olan satirik yazarı Mirzə Sakitə qarşı təzyiqlərlə bağlı
sabah Ədliyyə Nazirliyinin qarşısında piket keçirəcək. APA-nın məlumatına görə, bunu M. Sakitin həyat yoldaşı Rəna Zahidova bu gün RATİ-də keçirdiyi mətbuat konfransında deyib. R. Zahidova bildirib ki, bir ay əvvəl 14 saylı Cəzaçəkmə Müəssisəsindən müalicə müəssisəsinə köçürülən Mirzə Sakiti vaxtından 3 gün qabaq geri qaytarılıblar.

Həyat yoldaşı dünən övladları ilə birlikdə Mirzə Sakitə baş çəkdiklərini də deyib.

Həyat yoldaşının sözlərinə görə, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov isə bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsinin rəhbəri ona Mirzə Sakitin başqa kolona köçürülməsi ilə bağlı heç bir problem olmadığını və sənədlərin artıq göndərildiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR