Bank Of Baku

Həbs olunmuş iş adamı Hacıbəy Zakatalski dövlət əleyhinə açıq çağırışlarda ittiham olunur

Həbs olunmuş iş adamı Hacıbəy Zakatalski dövlət əleyhinə açıq çağırışlarda ittiham olunur
# 20 oktyabr 2008 13:32 (UTC +04:00)
Bu barədə APA-ya rayon hüquq mühafizə orqanlarından məlumat verilib. Məlumatda bildirilir ki, H. Zakatalski dindirilmək üçün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasına göndərilib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, tanınmış iş adamı H. Zakatalski MTN və Zaqatala Rayon Polis Şöbəsinin oktyabrın 13-də keçirdiyi birgə əməliyyat zamanı həbs olunub. Bir neçə gün sonra isə onun daha iki tərəfdaşı, sürücüsü Nəbi Sulxayev və sahibi olduğu “Ləzzət” istirahət guşəsinin əməkdaşı Hacı Katlayev həbs edilib. Hər üç şəxs rayonun milli azlıqlar yaşayan kəndlərində milli zəmində təxribat xarakterli kitab və vərəqələr yaymaqda təqsirləndirilir. Yayılmış vərəqələrdə dövlət əleyhinə çağırışlar və bölgədə Muxtar Respublika yaratmaq meylləri əks olunub.

H. Zakatalskinin evində axtarış aparılarkən oradan dövlətçilik əleyhinə xeyli sənəd və əl qumbarası aşkar edilərək götürülüb. Bundan başqa, təqsirləndirilən şəxsin iş yerində olan kompüterlər də əməliyyatçılar tərəfindən götürülüb. Faktla əlaqədar onlarla rayon sakininin istintaqa cəlb edilərək dindirildiyi də bildirilir.

Xatırladaq ki, Zaqatalada “Zakatalski” kimi tanınan H. İbrahimov tanınmış iş adamıdır. O, “Ləzzət” istirahət guşəsi və “Mağara” tütün fermer təsərrüfatının sahibidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR