Bank Of Baku

Gədəbəydə yeddi nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Gədəbəydə  yeddi nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 20 oktyabr 2008 14:58 (UTC +04:00)
Gədəbəy. Nəzakət Məşədiəliqızı-APA. Gədəbəy-Şəmkir magistral yolunun 2-ci kilometrliyində ağır yol qəzası baş verib. Qəza nəticəsində 7 nəfər yaralanıb. Gədəbəy rayon Polis Şöbəsinin rəis müavini Fəzail Məmmədovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, Şəmkir sakini, 51 yaşlı Mehdi Kamil oğlu Nağıyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil, Gədəbəy rayon sakini, 25 yaşlı Bəxtiyar Zeynal oğlu Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü və “VAZ 2106” markalı avtomobildə olan 5 sərnişin müxtəlif dərəcəli xəsarət alıb. Hadisənin “VAZ 2107” markalı avtomobilin qarşıdan gələn maşının yoluna çıxması səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR