Bank Of Baku

Əvəz Zeynallının tərcümə etdiyi Adolf Hitlerin “Mənim savaşım” adlı kitabına verilmiş ekspert rəyi açıqlanıb

Əvəz Zeynallının tərcümə etdiyi Adolf Hitlerin “Mənim savaşım” adlı kitabına verilmiş ekspert rəyi açıqlanıb
# 20 oktyabr 2008 15:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bu gün Nərimanov rayon Məhkəməsi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının tərcümə etdiyi Adolf Hitlerin “Mənim savaşım” adlı kitabına verilmiş ekspert rəyini açıqlayıb. Bu barədə APA-ya Əvəz Zeynallı məlumat verib. Hakim Turqay Hüseynovun sədrliyi ilə keçən prosesdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən əsərə verilmiş ekspert rəyi açıqlanıb. Ekspert rəyinə əsasən, Ə. Zeynallının tərcümə etdiyi A. Hitlerin “Mənim savaşım” əsərində heç bir irqi-ayrı seçkiliyə yol verilməyib və adı çəkilən kitabın tərcüməsində cinayət tərkibi yoxdur. Həmçinin ekspert rəyinə əsasən tərcümə olunmuş əsərdə Adolf Hitlerə rəğbət hissləri aşılanmır. Ekspert rəyi açıqlanandan sonra növbəti məhkəmə prosesinin vaxtı müəyyən edilib və növbəti prosesi oktyabrın 23-ə təyin olunub.

Xatırladaq ki, Ə. Zeynallının A. Hitlerin "Mənim savaşım" əsərini Azərbaycan dilinə tərcümə etməsi ölkəmizdə yaşayan yəhudi icmasının narazılığına səbəb olub və icma onu məhkəməyə verib. Nərimanov rayon məhkəməsi Ə. Zeynallının tərcümə etdiyi “Mənim savaşım” kitabına AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən ekspert rəyi verilməsini tələb edib. Bu məqsədlə instituta 2 sualdan ibarət sorğu göndərilib. Sorğuda Hitlerin “Mənim savaşım” kitabında irqi-ayrı seçkilik hissi aşılanıb-aşılanmadığı və müəllifin yazdığı müqəddimədə Adolf Hitler və onun əsərinə rəğbət hisslərinə yer verib-verməməsinə aydınlıq gətirilməsi xahiş olunub. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun çıxardığı rəy isə Ə. Zeynallının lehinə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR