Bank Of Baku

“Neftçilər” metrostansiyasının yanında baş vermiş atışmanı törədən şəxs saxlanılıb

“Neftçilər” metrostansiyasının yanında baş vermiş atışmanı törədən şəxs saxlanılıb
# 20 oktyabr 2008 18:45 (UTC +04:00)
Bakı Şəhər Prokurorluğundan APA-ya daxil olan məlumata görə, bu il oktyabrın 12-də Bakının Nizami rayonu, Qara Qarayev küçəsi 53 ünvanında “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən “Avropa qapıları” mağazasının qarşısında Ədalət Çoban oğlu Çobanov ictimai qaydanı kobud şəkildə pozaraq, vətəndaş Azad Vaqif oğlu Rəhimovu təhqir edərək, qanunsuz saxladığı “Makarov” tipli tapança ilə havaya 5 dəfə atəş açıb və hadisə yerindən qaçıb.

Məlumatda Ə. Cobanovun bu hərəkəti qərəzli xuliqanlıq əməli kimi qiymətləndirilib. Baş vermiş hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Bu hadisə ilə əlaqədar Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb.

Bakı Şəhər Prokurorluğunun və Bakı Şəhər Baş Polis İdarəsinin birgə apardığı istintaq tədbirləri nəticəsində Ə. Çobanov bu gün Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib, ondan “Makarov” tipli tapança götürülüb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Ə. Çobanov Gürcüstan vətəndaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR