Bank Of Baku

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 21 oktyabr 2008 08:06 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Ötən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Neapol küçəsi 11 ünvanında Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Elçin İsa oğlu Əyyubov idarə etdiyi “Pajero” markalı, 10 VJ 013 dövlət nömrə nişanlı avtomobillə piyadalar - 1962-ci il təvəllüdlü Hicrət Əliyeva və 1981-ci il təvəllüdlü Həqiqət Əliyevanı vurub. Qəza nəticəsində piyadalardan biri Hicrət Əliyeva aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Digər piyada Həqiqət Əliyeva isə ağır vəziyyətdə 3 saylı Bakı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR