Bank Of Baku

Bakıda elektrik qoruyucularını oğurlayan şəxs tutulub

Bakıda elektrik qoruyucularını oğurlayan şəxs tutulub
# 21 oktyabr 2008 08:10 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Səbayel rayon Enerji Təchizat və Satış İdarəsindən oğurluq edən şəxs tutulub. Səbayel rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, idarənin elektrik qoruyucularını oğurlayan 1979-cu il təvəllüdlü Rüfət Quliyev 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həbs edilib. İlkin dindirilmə zamanı R. Quliyev törətdiyi əməli etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR