Bank Of Baku

Ucarda yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Ucarda yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb
# 21 oktyabr 2008 08:44 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Dünən saat 19.45 radələrində Ucar rayonunun Boyat kəndində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Aran bürosunun xəbərinə görə, Mirzəliyev Dünyamalı İbiş oğlunun idarə etdiyi QAZ-51 markalı, 61 AC 057 nömrə nişanlı avtomaşın Cavadov Nicat Kabu oğlunun idarə etdiyi VAZ-21011 markalı, 10 YK 362 nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə N. Cavadov hadisə yerində dünyasını dəyişib. Onun sərnişinləri Hüseynov Elbrus Sultan oğlu və Zahidov Mayis Heydər oğlu Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Ucar rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR