Bank Of Baku

Bakıda taksi sürücüsü gediş haqqını ödəməyən sərnişini bıçaqlayıb

Bakıda taksi sürücüsü gediş haqqını ödəməyən sərnişini bıçaqlayıb
# 21 oktyabr 2008 08:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakının Nəsimi rayonunda taksi sürücüsü gediş haqqını vermədiyi üçün sərnişini bıçaqlayıb. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında baş verib. Bakı şəhər sakini Şamxal Xələfzadə şəxsi münaqişə nəticəsində 1981-ci il təvəllüdlü Rəşad Məmmədovu çənə nahiyyəsindən bıçaqlayıb. 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Ş. Xələfzadə saxlanılıb. İlkin araşdırma nəticəsində məlum olub ki, Ş. Xələfzadə taksi sürücüsüdür və onun cinayət törətməsinə R. Məmmədovun gediş haqqını ödəməməsi səbəb olub. Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR