Bank Of Baku

Masallı sakini qatarda ölüb

Masallı sakini qatarda ölüb
# 21 oktyabr 2008 09:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı-Masallı qatarında meyit aşkarlanıb. Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Masallı rayon sakini, 1963-cü il təvəllüdlü Rasim Allahverdi oğlu Nuriyevin meyiti Bakı-Masallı qatarının ayaqyolunda sərnişinlər tərəfindən aşkarlanıb. R. Nuriyevin uzun müddət qatarın ayaqyolunda qalmasından şübhələnən sərnişinlər qapını sındıraraq onun meyitini oradan çıxarıblar. Məlumata görə, tibbi ekspertiza R. Nuriyevin meyitinin üzərində heç bir zorakılıq əlamətləri aşkar etməyib. Prokurorluqdan o da bildirilib ki, R. Nuriyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş Dövlət Yanğından Mühafizə Xidmətinin (BDYMX) kapitanı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR