Bank Of Baku

Avropa Şurasının insan haqları ilə bağlı konfransı keçiriləcək

Avropa Şurasının insan haqları ilə bağlı konfransı keçiriləcək
# 21 oktyabr 2008 10:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Noyabrın 3-5-də Fransanın Strasburq şəhərində Avropa Şurasının (AŞ) insan haqları ilə bağlı konfransı keçiriləcək. Tədbirdə Azərbaycanı təmsil edəcək Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin (HVA AMK) sədri Arzu Abdullayeva APA-ya bildirib ki, konfransda AŞ-nin İnsan Haqları üzrə komissarı Tomas Hammerberq, Avropa Məhkəməsinin prezidenti Jan Pol Kosta və hakimlər iştirak edəcək. A. Abdullayevanın sözlərinə görə, konfransda Azərbaycanda insan haqlarının durumu, o cümlədən həbsdə olan jurnalistlər, işgəncələr, zorlama faktları və seçkilərin nəticələri ilə bağlı müzakirələr aparılacaq. A. Abdullayeva tədbir çərçivəsində Jan Pol Kosta ilə keçiriləcək görüş zamanı Azərbaycandan icraata götürülən işlərlə bağlı maraqlanacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR