Bank Of Baku

Ombudsman əsir götürülən Azərbaycan əsgərinin qaytarılması ilə bağlı BQXK-nin Bakı nümayəndəliyinin rəhbərinə müraciət edib

Ombudsman əsir götürülən Azərbaycan əsgərinin qaytarılması ilə bağlı BQXK-nin Bakı nümayəndəliyinin rəhbərinə müraciət edib
# 24 oktyabr 2008 16:19 (UTC +04:00)
Bakı-APA. Ombudsman Elmira Süleymanova bu il oktyabrın 8-də Qazax rayonu ərazisində, qoşunların təmas xətində Ermənistan hərbçiləri tərəfindən əsir götürülən Azərbaycan əsgəri Rafiq Rəhman oğlu Həsənovun qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri T. Vandenhova müraciət edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə Ermənistan Silahlı Qüvvələri tərəfindən müntəzəm şəkildə Azərbaycan hərbi qulluqçularının və mülki şəxslərinin əsir və girov götürülməsinin cəmiyyətdə böyük narahatlıq doğurduğu qeyd olunub: “Mandatınız çərçivəsində Rafiq Həsənovun mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında və əsirlikdə olduğu müddətdə onun işgəncə və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamasının təmin edilməsində və regional nümayəndəlikləriniz vasitəsilə onun vəziyyətinin nəzarətdə saxlanılmasında yardımçı olmağınızı sizdən xahiş edirəm”.
Ombudsman bununla bağlı BQXK tərəfindən həlledici tədbirlərin görüləcəyinə, gələcək əməkdaşlığa, yaxın günlərdə T. Vandenhovla birgə görüşünün keçiriləcəyinə ümid bəslədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR