Bank Of Baku

Bakıda baş verən ağır yol qəzasında 82 yaşlı qoca ölüb

Bakıda baş verən ağır yol qəzasında 82 yaşlı qoca ölüb
# 25 oktyabr 2008 09:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda baş verən ağır yol qəzasında 82 yaşlı qoca ölüb, iki nəfər isə ağır yaralanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə Əmircan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rəşad Alışovun idarə etdiyi “Vaz-2107” markalı, 10 UJ 158 dövlət nömrə nişanlı maşın əks istiqamətdə hərəkət edən 1973-cü il təvəllüdlü Ağabala Cəfərovun idarə etdiyi “VAZ-2107” markalı, 10 UL 367 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində R. Alışovun idarə etdiyi maşında olan sərnişin, 1926-cı il təvəllüdlü Kamal Hüseynov hadisə yerindəcə keçinib. Maşında olan digər sərnişinlər, Baba Heydərov və Əzəmət Hüseynov ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin dediyinə görə, onların vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR