Bank Of Baku

Zaqatala sakini dəm qazından boğularaq ölüb

Zaqatala sakini dəm qazından boğularaq ölüb
# 25 oktyabr 2008 09:48 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. 62 yaşlı Zaqatala sakini bu gün səhər saatlarında dəm qazından boğularaq ölüb. Bu barədə APA-ya Zaqatala rayon Prokurorluğundan bildirilib. Məlumata görə, 1946-cı il təvəllüdlü Zaqatala rayon sakini Əlibekova Xaccey Əlibek qızı gecələmək üçün qaldığı Zaqatala rayon Yuxarı Tala kəndi ərazisində yerləşən dini ibadət yerində çəkdiyi siqaretin döşəyə düşməsi nəticəsində yaranan tüstüdən boğulub. İlkin araşdırma onun boğularaq öldüyünü təsdiqləyib. Mərhumun Şəki Ruhi Əsəb Dispanserində qeydiyyatda olduğu, 3 gün əvvəl oradan buraxıldığı bildirilib. Məlumata görə, qalmaq üçün yeri olmayan X. Əlibekova ibadət yerində gecələyib. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR