Bank Of Baku

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən namizədlər üçün imtahan keçirilib

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən namizədlər üçün imtahan keçirilib
# 25 oktyabr 2008 09:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TDQDK) və Ədliyyə Nazirliyi (ƏN) notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib. APA-nın məlumatına görə, notarius olmaq üçün sənəd verən 304 namizəddən imtahanda 253 namizəd iştirak edib. İmtahanda iştirak edən namizədlərin 37 faizi ölkənin regionlarını təmsil edib. Onların 39 faizi 30 yaşadək, 55 faizi 30-50 yaşadək olan şəxslərdir. İmtahanda və müsahibələrdə iştirak edənlər arasında ədliyyə, məhkəmə, prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışan, bələdiyyə qulluqçuları və vəkillik fəaliyyəti ilə məşğul olanlarla yanaşı ilk dəfə əmək fəaliyyətinə məhz notarius kimi fəaliyyətə başlamaq arzusunda olanlar da var. Namizədlərin 16 faizə qədəri xüsusi notarius kimi fəaliyyət göstərmək arzusunda olan, 122 nəfəri isə bundan əvvəl keçirilmiş müsabiqədə müvəffəqiyyət qazana bilməyən şəxslərdir. Test imtahanında namizədlərə 100 sual təqdim olunub. İmtahanda mümkün 90 mümkün baldan 55 və daha artıq bal toplayan namizədlər müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılacaqlar.
Qeyd edək ki, imtahanın nəticələri bu gün TQDK-nın rəsmi internet yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR