Bank Of Baku

Azərbaycanda axtarışda olan iş adamı İnterpolun xətti ilə Rusiyada həbs edilib

Azərbaycanda axtarışda olan iş adamı İnterpolun xətti ilə Rusiyada həbs edilib
# 25 oktyabr 2008 10:15 (UTC +04:00)
Səbayel Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsinin müstəntiqi Anar Hüseynovun APA-ya veridyi məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Turan Cabbar oğlu İmaməliyev 11 şəxsin külli miqdarda pulunu mənimsəməkdə təqsirli bilinir.

O, ötən ilin noyabrında, həmin şəxslərdən Rusiyada işə düzəltmək adı ilə külli miqdarda pul alıb və Qazaxıstana qaçıb. Səbayel rayon Məhkəməsi T. İmaməliyevin barəsində çıxardığı həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarından sonra onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, təqsirləndirilən şəxs sonradan Rusiyaya qaçaraq orada gizlənib. T. İmaməliyev ötən gün İnterpolun xətti ilə Moskvada saxlanılıb.

Hazırda onun Azərbaycana ekstradisiya olunması istiqamətində tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR