Bank Of Baku

Azərbaycan paytaxtında polis rəisinin müavinini maşın vurub, o, yerindəcə ölüb

Azərbaycan paytaxtında polis rəisinin müavinini maşın vurub, o, yerindəcə ölüb
# 04 noyabr 2008 08:19 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə, İnşaatçılar metrosunun qarşısında, Şərifzadə küçəsi 148-də baş verib. Naməlum sürücü müəyyən edilməmiş avtomobillə Qaradağ rayon Polis İdarəsinin rəis müavini, 1959-cu il təvəllüdlü Mehdi Zülfüqar oğlu Səfərəliyevi vuraraq hadisə yerindən qaçıb. Qəza nəticəsində M. Səfərəliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Baş vermiş hadisə ilə əlaqədar dərhal Yasamal rayon Polis İdarəsi tərəfindən əməliyyat qrupu yaradılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, “Vaz-2107” markalı, 10 RH 932 dövlət nömrə nişanlı avtomobil müəyyənləşdirilib və onun sürücüsü, 1985-ci il təvəllüdlü Taleh Saleh oğlu Şükürov həbs edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR