Bank Of Baku

Qazaxıstanda 50 kiloya yaxın marixuana daşıyan Azərbaycan vətəndaşı yaxalanıb

Qazaxıstanda 50 kiloya yaxın marixuana daşıyan Azərbaycan vətəndaşı yaxalanıb
# 04 noyabr 2008 08:22 (UTC +04:00)
Astana – APA. Qazaxıstanın Pavlodar vilayətində 50 kiloya yaxın marixuana daşıyan Azərbaycan vətəndaşı yaxalanıb. APA-nın Qazaxıstan mənbələrinə istinadən verdiyi məlumata görə, adı açıqlanmayan 34 yaşlı azərbaycanlı “VAZ-2109” markalı avtomaşınla İrtış çayı üzərindəki körpüdən keçərkən “Karvan” kabab kafeləri şəbəkəsinin yerləşdiyi rayonda saxlanılıb. Avtomobilə baxış keçirilərkən salonda külli miqdarda narkotik maddə aşkarlanıb. Aşkarlanan marixuananın çəkisinin 46 kq olduğu müəyyənləşdirilib. Azərbaycan vətəndaşı haqqında cinayət işi qaldırılıb. Hazırda o, Pavlodardakı müvəqqəti saxlama təcridxanasındadır. Onun ömürlük həbsə məhkum ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR