Bank Of Baku

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 04 noyabr 2008 08:30 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda baş verən yol-qəzasında 25 yaşlı gənc ölüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Q. Qarayev prospektində baş verib. Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Aydın Baxçalı oğlu Məmmədov idarə etdiyi “İsuzu” markalı, 10 TF 356 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 1983-cü il təvəllüdlü Üzeyir Yunis oğlu Səfərovu vurub. Ü. Səfərov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR