Bank Of Baku

Azərbaycan paytaxtında şagirdlər arasında kütləvi zəhərlənmə baş verib

Azərbaycan paytaxtında şagirdlər arasında kütləvi zəhərlənmə baş verib
# 04 noyabr 2008 08:52 (UTC +04:00)
Zəhərlənmiş 6 şagird dünən 5 saylı Birləşmiş Yoluxucu Uşaq Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, şagirdlər əmək dərsində hazırladıqları “Paytaxt” salatından zəhərləniblər. Zəhərlənmənin salatda istifadə olunmuş mayonezdən baş verdiyi hesab edilir. Şagirdlər salat üçün lazım olan ərzaq məhsullarını evdən gətiriblər.

Xəstəxanaya daxil olarkən şagirdlərdən 5-nin - 12 yaşlı Bayramova Vüsalə Kamil qızı, 11 yaşlı Əhmədova Zeynəb Uğur qızı, 12 yaşlı Bayramova Məryəm Rüstəm qızı, 12 yaşlı Əmiraslanova Gülnar Namiq qızı və 11 yaşlı Əzizova Nigar Gündüz qızının vəziyyəti kafi, 11 yaşlı Hüseynova Sevda İlham qızının vəziyyəti isə orta-ağır olub. Reanimasiya şöbəsinə yerləşdirilən S. Hüseynovadan başqa, qalan 5 şagird elə dünən evə buraxılıb.

Vəziyyəti qənaətbəxş hesab olunan S. Hüseynova isə xəstəxanadan bu gün evə yazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR