Bank Of Baku

Gürcüstanda adam oğurluğunda təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş şəxs Bakıda həbs edilib

Gürcüstanda adam oğurluğunda təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş şəxs Bakıda həbs edilib
# 04 noyabr 2008 11:18 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü Cahangir İmran oğlu Abbasov 2007-ci ildən beynəlxalq axtarışda olub. Uzun müddət Rusiyada gizlənən C. Abbasov bir müddət əvvəl Azərbaycana gələrək Bakıda müvəqqəti qeydiyyata düşmək üçün Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət edib. Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, C. Abbasov Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 178-ci (adam oğurluğu) maddəsi ilə uzun müddətdir ki, beynəlxalq axtarışdadır. C. Abbasov Nərimanov rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda onun ölkəsinə ekstradisiya olunması üçün tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR