Bank Of Baku

Şəmkirdə 3 maşının toqquşması nəticəsində 2 nəfər ölüb

Şəmkirdə 3 maşının toqquşması nəticəsində 2 nəfər ölüb
# 04 noyabr 2008 12:36 (UTC +04:00)
Bakı-APA. Dünən saat 09.30 radələrində Şəmkir rayonunun Dəllər-Cəyir kəndi ərazisində, kənd sakini Rüfət Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı, Sarıtəpə kənd sakini Həbib Əhmədovun idarə etdiyi "Niva" markalı və Zəyəm qəsəbə sakini Vahid Vəliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə xəsarət alan R. Məhərrəmov və sərnişinləri Aracəmirli kənd sakinləri Polad Məmmədov, Hadiyət Əhmədov, Əsəd Orucov və H. Əhmədovun sərnişini Sarıtəpə kənd sakini İsmayıl Əsgərov xəstəxanaya yerləşdiriliblər. P. Məmmədov və İ. Əsgərov orada ölüblər. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR