Bank Of Baku

Bakıda qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirləndirilən Gəncə sakini həbs edilib

Bakıda qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirləndirilən Gəncə sakini həbs edilib
# 04 noyabr 2008 14:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirli bilinən Gəncə sakini həbs edilib. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Eldəniz Tofiq oğlu Babayev uzun müddət axtarışda olub. Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E. Babayev Bakı şəhərində tutulub. O, Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə təqsirli bilinir. E. Babayev Bakı şəhər Baş Polis idarəsində aparılan istintaq işi ilə əlaqədar saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR