Bank Of Baku

Ədliyyə orqanlarında qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib

Ədliyyə orqanlarında qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
# 04 noyabr 2008 14:46 (UTC +04:00)
Bakı. Hafiz Heydərov -APA. Ədliyyə Nazirliyi ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda qulluğa qəbulla bağlı açıq müsabiqə üzrə 27 sentyabr 2008-ci il tarixində keçirilən test imtahanında müvəffəqiyyət qazanmış 99 nəfərlə müsabiqənin ikinci mərhələsi olan söhbət aparılır. Məlumatda həmçinin bildirilib ki, ədliyyə orqanlarında yüksək nəzəri biliyə malik olan kadrlara ehtiyacı, vakant ştat vahidlərini və vətəndaşların müraciətlərini nəzərə alaraq qaydalara uyğun olaraq ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib. Vakant vəzifələr əsasən məhkəmə icraçıları xidmətində, qeydiyyat və yeni yaradılan regional ədliyyə şöbələrində və digər ədliyyə sahələrindədir. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR