Bank Of Baku

Ədliyyə Nazirliyinin Kollegiyası 30-dan çox QHT-nin dövlət qeydiyyatına alınması barədə qərar qəbul edib

Ədliyyə Nazirliyinin Kollegiyası 30-dan çox QHT-nin dövlət qeydiyyatına alınması barədə qərar qəbul edib
# 04 noyabr 2008 14:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycanda 30-dan çox qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA—ya verilən məlumata görə, bununla bağlı nazirliyin Kollegiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib. Kollegiya iclasında ədliyyə naziri Fikrət Məmmədov çıxış edib. Kollegiyada ədliyyə orqanlarında əmək və icra intizamının möhkəmləndirilməsi, ədliyyə işçilərinin məsuliyyət hissinin artırılması daim diqqət mərkəzində saxlanılaraq, yol verilmiş pozuntuların qarşısının alınması ilə bağlı təsirli tədbirlərin görüldüyü vurğulanıb. Antikorrupsiya qanunvericiliyinə uyğun olaraq daxili nəzarətin daha səmərəli və effektiv həyata keçirilməsi məqsədi ilə mövcud təcrübə təhlil edilərək xidməti yoxlamaların aparılması prosedurlarını tənzimləyən yeni işlənilmiş qaydalar müzakirə olunaraq bəyənilib. Kollegiyada həmçinin 30-dan çox qeyri-hökumət təşkilatının dövlət qeydiyyatı barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR