Bank Of Baku

Zaqatala sakini həmyerlisinə bıçaqla xəsarət yetirib

Zaqatala sakini həmyerlisinə bıçaqla xəsarət yetirib
# 04 noyabr 2008 14:59 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Zaqatala rayonu Mosul kənd sakini həmkəndlisinə bıçaqla ağır bədən xəsarəti yetirib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, cinayət hadisəsi Mosul kəndi ərazisində yerləşən çayxanada baş verib. Mosul kənd sakinləri 1980-ci il təvəllüdlü Gülməmmədov Rafiq Mahmud oğlu və 1978-ci il təvəllüdlü Məmmədov Şahin Şəmsədin oğlu sözü gedən ərazidə sərxoş vəziyyətdə öz aralarında gərgin mübahisə ediblər. Mübahisə zəminində Ş. Məmmədov R. Gülməmmədovun qarın nahiyəsindən bıçaqla ağır bədən xəsarəti yetirib. Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş. Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Zaqatala rayon Polis Şöbəsində Ş. Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.1(qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi qaldırılıb.
Xəsarət alan digər Mosul kənd sakini R. Gülməmmədov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. R. Gülməmmədovun üzərində cərrahiyə əməliyyatı aparılıb və onun vəziyyətinin orta-ağır olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR