Bank Of Baku

Axtarışda olan Maştağa sakini tutulub

Axtarışda olan Maştağa sakini tutulub
# 06 noyabr 2008 12:27 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Axtarışda olan Maştağa sakini həbs edilib. Sabunçu Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, Maştağa qəsəbəsinin sakini, 1979-cu il təvəllüdlü Rövşən Mehman oğlu Zərbiyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə təqsirli bilinir. O bu ilin oktyabr ayında Maştağa qəsəbəsindəki kafelərdən birində həmyerlisi Ramin Əhmədova bıçaqla xəsarət yetirərək məsuliyyətdən yayınıb.

Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R. Zərbiyev həbs edilərək məsuliyyətə cəlb olunub. Onun barəsində açılmış cinayət işi üzrə istintaq davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR