Bank Of Baku

Ağdaşda ağır yol qəzası baş verib

Ağdaşda ağır yol qəzası baş verib
# 06 noyabr 2008 16:33 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov-APA. Bu gün səhər saat 07.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 239-cu kilometrliyində, Ağdaş rayonu ərazisində ağır yol qəza hadisəsi baş verib. Ağdaş rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, hadisə nəticəsində iki nəfər ağır yaralanıb, bir nəfər ölüb. Hadisə Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Məmmədov Rəvan Vasif oğlunun idarə etdiyi 10 TE 135 dövlət nömrə nişanlı “Azsamand” markalı minik avtomobilinin Balakən rayon sakini 1980-cı il təvəllüdlü İbrahimov Pərviz Ziyadxan oğlunun idarə etdiyi 52 BA 266 “Kamaz” yük maşınını arxadan vurması nəticəsində baş verib. Hadisə zamanı “Azsamand”ın sürücüsü, həmçinin, avtomobildə olan 1963-cü il təvəllüdlü Qurbanova Əntiqə Əziz qızı, 1964-cü il təvəllüdlü Qurbanova Sabad Əziz qızı ciddi xəsarət alaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, Sabad Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR