Bank Of Baku

Bakıda silah gəzdirməkdə təqsirləndirilən şəxs saxlanılıb

Bakıda silah gəzdirməkdə təqsirləndirilən şəxs saxlanılıb
# 07 noyabr 2008 07:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında silah gəzdirməkdə təqsirləndirilən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları keçirdiyi əməliyyat tədbirləri zamanı 4-cü mikrorayonun, “Şamaxinka” adlanan ərazidə Sumqayıt şəhər sakini, 1980-cı il təvəllüdlü Ceyhum Məmmədrəhim oğlu Ağabəyovu şübhəli şəxs qismində saxlanılıb. Polis əməkdaşları onun üzərinə baxış keçirən zaman ondan bir ədəd “Revolver” tipli tapanca və iki ədəd patron aşkar edərək götürüblər. C. Ağabəyov ilkin istintaqa verdiyi ifadəsində silahı tapdığını və onu satmaq məqsədi ilə gəzdirdiyini etiraf edib. Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, saxlama, daşıma və satma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR