Bank Of Baku

Qayınanasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilə şəxs həbs edilib

Qayınanasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilə şəxs həbs edilib
# 07 noyabr 2008 08:14 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda qayınanasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilə şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1975-ci il təvəllüdlü Rəşad Fəzail oğlu Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) maddələri ilə iki ay axtarışda olub. Bundan başqa o, qaynanasının 5000 manat pulunu qanunsuz olaraq mənimsəməkdə təqsirli bilinir. Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində R. Məmmədov Göyçay şəhərində saxlanılıb. Onun barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR