Bank Of Baku

Voronejdə Azərbaycan vətəndaşını qətlə yetirən yeniyetmələrə hökm oxunub

Voronejdə Azərbaycan vətəndaşını qətlə yetirən yeniyetmələrə hökm oxunub
# 07 noyabr 2008 09:16 (UTC +04:00)
Voronej-APA. Voronejdə Azərbaycan vətəndaşı Vüqar Məmmədovu qətlə yetirən iki yeniyetməyə hökm oxunub. APA-nın məlumatına görə, 17 yaşlı Aleksandr və Maksim adlı şəxslər altı il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə istintaqı zamanı Vüqar Məmmədovun səfil həyatı yaşadığı və öz qatilləri ilə dostluq etdiyi müəyyənləşib. Başına gələn bəlaların spirtli içkilərə aludəçilikdən qaynaqlandığını dərk edən Vüqar Məmmədov dostlarına bir daha içməyəcəyinə söz verib. Lakin bir müddət sonra içkili vəziyyətdə onların yanına gələn Vüqar Məmmədovla dostları arasında mübahisə yaranıb. Aleksandr və Maksim soydaşımızı vədinə əməl etməməkdə günahlandırıb və döyüblər. Çoxsaylı xəsarət alan Vüqar Məmmədov xəstəxanaya çatdırılıb və aldığı zərbələrdən orada keçinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR