Bank Of Baku

Nazim İsmayılov: “Bəzi bələdiyyələr və yerli icra strukturları minalanmış torpaqları əhaliyə verirlər”

Nazim İsmayılov: “Bəzi bələdiyyələr və yerli icra strukturları minalanmış torpaqları əhaliyə verirlər”
# 07 noyabr 2008 11:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Cəbhə bölgəsinə yaxın olan bölgələrdə bəzi bələdiyyələr və yerli icra strukturları ANAMA-nın sertifikatı – icazəsi olmadan torpaqları əhaliyə verirlər. Həmçinin bu ərazilərdə kənd təsərrüfatı məhsullarının əkininə imkan yaradırlar”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Nazim İsmayılov deyib. Onun sözlərinə görə, minalı ərazilərin bələdiyyələr tərəfindən əhaliyə verilməsi ilə bağlı problem hələ də qalmaqdadır: “Bizim qurum hər il 18-20 milyon kvadrat metr ərazini təmizləyərək yerli icra strukturlarına və əhaliyə təhvil verir. Bu proses sənədləşmə əsasında aparılır. Yəni təmizlənən ərazi sertifikatlaşdırılır. Amma təəssüf ki, bəzi yerli qurumlar bizi məlumatlandırmadan və ya gözləmədən minalı ərazilərdə işlərə başlayırlar. Bu da partlayışlarla, insanların zərər çəkməsi ilə nəticələnir. Belə hal bu il Haramı düzündə olub. Artıq bu ərazidə hər hansı fəaliyyət qadağa qoymuşuq”.
N. İsmayılov bildirib ki, 2008-ci il ərzində belə hallar zamanı 5 partlayış olub, 1 nəfər yaralanıb, 3 kənd təsərrüfatı mexanizmi isə sıradan çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR