Narkotik maddələrin satışı ilə məşğul olan iki Astara sakini həbs edilib

Narkotik maddələrin satışı ilə məşğul olan iki Astara sakini həbs edilib
# 07 noyabr 2008 11:25 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astarada narkotik maddələrin satışı ilə məşğul olan iki rayon sakini həbs olunub. Astara rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, Ərçivan kənd sakini, 1985-ci il təvəllüdlü Qabil Şənulla oğlu Nəsirovun narkotik maddələrin satışı ilə məşğul olması barədə alınan məlumata əsasən əməliyyat tədbiri keçirilib. Nəticədə Q. Nəsirov 1,5 kiloqrama yaxın narkotik maddə olan həşişi şərti alıcıya satarkən yaxalanıb. İstintaqa verdiyi ifadəsində saxlanılan şəxs narkotik maddəni həmkəndlisi, 1985-ci il təvəllüdlü Famil Cəbrayıl oğlu Əliyevdən aldığını bildirib. F. Əliyev də həbs olunub və ilkin dindirmə zamanı həşişi İran İslam Respublikasından gətirdiyini bəyan edib.

Faktla bağlı Astara Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə cinayət işi açılıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR