Bank Of Baku

Lerik, İmişli, Ağdaş və Füzulidə baş verən yol qəzalarında 4 nəfər ölüb

Lerik, İmişli, Ağdaş və Füzulidə baş verən yol qəzalarında 4 nəfər ölüb
# 07 noyabr 2008 12:25 (UTC +04:00)
Bakı-APA. Dünən saat 08.00 radələrində Lerik rayonunun Orand kəndində, kənd sakini Əlişad Əliyev "UAZ" markalı avtomaşını idarə edərkən onu Orand çayına aşırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə Ə. Əliyevin sərnişini, Hiramo kənd sakini Sədəf Süleymanova hadisə yerində ölüb, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilib. Dünən saat 10.00 radələrində isə İmişli rayonunun Rəsullu kəndində, Qaragüvəndikli kənd sakini İsrafil Səfərov "VAZ-2107" markalı avtomaşını idarə edərkən kənd sakini Xəmməd Xəmmədovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən X. Xəmmədov orada ölüb. Saat 06.50 radələrində Ağdaş rayonu ərazisində, Bakı şəhər sakini Rəvan Məmmədovun idarə etdiyi "Azsamand" markalı və Balakən rayon sakini Pərviz İbrahimovun idarə etdiyi "Kamaz" markalı avtomaşınların toqquşması da ölümlə nəticələnib. Xəsarət almış R. Məmmədov və sərnişinləri, həmyerliləri Əntiqə Qurbanova, onun bacısı Savad xəstəxanaya yerləşdiriliblər. Savad orada dünyasını dəyişib. Dünən saat 16.30 radələrində isə Füzuli rayonunun Qayıdış qəsəbəsində, qəsəbə sakini Capay Əsgərov "Moskviç" markalı avtomaşını idarə edərkən həmyerlisi Turan Əliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T. Əliyev orada ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR