Bank Of Baku

Oktyabr ayında Azərbaycan dövlət sərhədini pozan 40 nəfər saxlanılıb

Oktyabr ayında Azərbaycan dövlət sərhədini pozan 40 nəfər saxlanılıb
# 07 noyabr 2008 12:43 (UTC +04:00)
Bakı-APA. Oktyabr ayı ərzində Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərərkən 17 halda 40 nəfər sərhəd pozucusu saxlanılıb. Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib. Məlumata görə, tutulan sərhəd pozucularının 18 nəfəri İran İslam Respublikası, 8-i Gürcüstan, 7-si Azərbaycan, 3-ü Əfqanıstan, 2-si Türkiyə, 1-i Rusiya Federasiyası, 1-i isə Pakistan vətəndaşlarıdır. Qeyd olunub ki, vizası olmadığı üçün 71 halda 116 nəfər (40 nəfər İran, 15 nəfər Azərbaycan, 10 nəfər Pakistan, 7 nəfər Rusiya Federasiyası, 6 nəfər Türkiyə, 5 nəfər Hindistan, 3 nəfər Gürcüstan, 3 nəfər Çin, 3 Trintdad və Tobaqo, hər ölkədən 2 nəfər olmaqla ABŞ, Banqladeş, Şimali Kipr, Livan, Tayvan, Türkmənistan, hər ölkədən 1 nəfər olmaqla isə Avstriya, Almaniya, Çexiya, Estoniya, Fələstin, İndoneziya, İsrail, Kuba, Latviya, Misir, Nigeriya və Tailand vətəndaşı), vizalarının müddəti qurtardığı üçün 25 halda 29 nəfər (8 nəfər İran, 5 nəfər ABŞ, 4 nəfər Türkiyə, hər ölkədən 2 nəfər olmaqla Böyük Britaniya, Misir, Pakistan, hər ölkədən bir nəfər olmaqla Bosniya və Herseqovina, Çin, İtaliya, Makedoniya, Norveç və Yuqoslaviya vətəndaşı), müvafiq sənədləri olmadığına görə 31 halda 42 nəfər (13 nəfər Azərbaycan, 13 Rusiya Federasiyası, 6 nəfər Ukrayna, 5 nəfər İran, hər ölkədən 1 nəfər olmaqla Belorus, Gürcüstan, İtaliya, Malaziya vətəndaşları və 1 nəfər vətəndaşlığı olmayan şəxs) saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Axtarışda olan 93 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Məlumata görə, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 8 halda 73 kiloqram 461,2 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində isə 40 halda ümumi dəyəri təxminən 294 min 215 manat olan qaçaqmal, o cümlədən 1 ədəd durbin, 1 ədəd gecəgörmə cihazı, 3 kiloqram barıt, 2199 ədəd dərman preparatı, 2640 qutu siqaret, 46 ədəd televizor, xeyli miqdarda spirtli içkilər, ərzaq və sənaye malları saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR