Bank Of Baku

Ombusdman Gürcüstanda cəza çəkən azərbaycanlı məhkumlarla görüşüb

Ombusdman Gürcüstanda cəza çəkən azərbaycanlı məhkumlarla görüşüb
# 07 noyabr 2008 13:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Elmira Süleymanova Gürcüstana səfəri çərçivəsində həmin ölkənin Xalq müdafiəçisinin əməkdaşları ilə birlikdə Azərbaycan və Gürcüstan vətəndaşı olan azərbaycanlı məhkumlarla görüşüb. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, məhkumlar saxlanma şəraitindən narazı olmadıqlarını, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı qeyri-qanuni rəftara yol verilmədiyini söyləyiblər. E. Süleymanova bir neçə azərbaycanlı məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və əfvlə bağlı müraciətlərinə əsasən cəzaçəkmə müəssisəsinin rəisindən qanun çərçivəsində onlara vəsatət qaldırmaqda yardımçı olmasını xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR