Bank Of Baku

Bakıda özünü polis kimi təqdim edən soyğunçu saxlanılıb

Bakıda özünü polis kimi təqdim edən soyğunçu saxlanılıb
# 08 noyabr 2008 08:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında özünü polis əməkdaşı kimi təqdim edərək soyğunçuluqla məşğul olan şəxs həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Badamdar qəsəbəsi ərazisində 3 saylı marşrut avtobusda soyğunçuluq hadisəsi baş verib. Avtobusun sərnişini, 1982-ci il təvəllüdlü Ağamirzəyev Rizvan Musa oğlu özünü polis əməkdaşı kimi təqdim edərək, digər sərnişin, 1993-cü il təvəllüdlü Mərdanlı Ülvi Əlövsət oğlundan hədə-qorxu gəlməklə istifadə etdiyi mobil telefonu müsadirə edib.

Səbayel Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat –axtarış tədbirləri nəticəsində R. Ağamirzəyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR