Bank Of Baku

Qaradağ rayonunda avtobusun aşması nəticəsində 6 nəfər yaralanıb

Qaradağ rayonunda avtobusun aşması nəticəsində 6 nəfər yaralanıb
# 08 noyabr 2008 11:00 (UTC +04:00)
Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəis müavini Əsəd İsmayılovun APA-ya verdiyi məlumata görə, hadisə nəticəsində 6 nəfərin yaralanıb. Onlardan ikisi Ələt qəsəbəsindəki hərbi hospitala, 4 nəfəri isə Bakıdakı klinik xəstəxanalardan birinə yerləşdirilib. Ə. İsmayılov faktla bağlı cinayət işinin başladıldığını deyib.

İşi araşdıran müstəntiq Cabir Əliyev isə APA-ya açıqlamasında hadisə zamanı 6 nəfərin yaralandığını, onlardan birinin ilkin tibbi yardım edildikdən sonra evə buraxıldığını bildirib: “Hələlik hadisənin baş vermə səbəbini deyə bilmərik. Araşdırmalar gedir”.

Qaradağ Rayon Polis İdarəsindən isə APA-ya hadisə nəticəsində Cəmil Hüseynov, Zəlimxan Fərhadov, Şamil Rüstəmov, Bəylər Hüseynov adlı şəxslərin və hələlik şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayan iki nəfərin yaralandığı bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR