Bank Of Baku

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakı sakinlərindən 67 kiloqramdan artıq narkotik vasitə götürüb

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakı sakinlərindən 67 kiloqramdan artıq narkotik vasitə götürüb
# 08 noyabr 2008 14:49 (UTC +04:00)
MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, məlum olub ki, Firudin Dadaşov, İlqar Abdullayev və başqaları əvvəlcədən əlbir olub, cinayət əlaqəsinə girərək, narkotik vasitələri satmaq barədə sövdələşiblər.

2008-ci il noyabrın 3-də Firudin Dadaşovun tapşırığına əsasən, İlqar Abdullayev Cəlilabad rayonuna gedib, orada hazırda şəxsiyyəti istintaqla müəyyənləşdirilən bir nəfərlə görüşüb, ondan külli miqdarda narkotiki alıb ictimai nəqliyyat vasitələrində Bakı şəhərinə gətirib. Sonra İlqar Abdullayev həmin narkotikləri idarə etdiyi «Mercedes-Benz» markalı avtomobilində gizlədərək saxlayıb.

MTN tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində İlqar Abdullayev Firudin Dadaşovun tapşırığına əsasən, həmin narkotik vasitələri sonuncunun yaşadığı ünvana gətirərkən saxlanılıb. İlqar Abdullayevə məxsus bağlamalara baxış zamanı oradan narkotik vasitələr olan - 57 kiloqramdan artıq həşiş və 10 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı MTN-in İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR