Bank Of Baku

Tələbələrdən ibarət cinayətkar dəstənin son üzvü də yaxalanıb

Tələbələrdən ibarət cinayətkar dəstənin son üzvü də yaxalanıb
# 12 noyabr 2008 11:33 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda tələbələrdən ibarət cinayətkar dəstənin axtarışda olan son üzvü də həbs edilib. Paytaxtın Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ramil İsgəndərov Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, saxlama və ya satma) və 29.120-ci (ölümə cəhd) maddələri ilə 3 il axtarışda olub. Onun 2005-ci ildə tələbələrdən ibarət cinayətkar dəstənin tərkibində bir sıra cinayət əməlləri törətdiyi bildirilir. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R. İsgəndərov Bakıda saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR