Bank Of Baku

Polis rəisinin müavini “Əbu Bəkr” məscidinin qeyri-qanuni inşa olunması barədə məhkəməyə sənəd təqdim edib

Polis rəisinin müavini “Əbu Bəkr” məscidinin qeyri-qanuni inşa olunması barədə məhkəməyə sənəd təqdim edib
# 12 noyabr 2008 16:05 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Asif Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə iddiaçı tərəf vəsatət qaldıraraq, Nərimanov rayon Polis İdarəsinin “Əbu Bəkr” məscidinin açılmasını mümkünsüz edən arqumentlərinin əsassız olduğunu bildirib. İcmanın vəkili Cavanşir Süleymanov Nərimanov rayon Polis İdarəsinin məsciddə növbəti terror aktının baş verəcəyi barədə əməliyyat məlumatlarının olmasının yazılı şəkildə iddiaçı tərəfə təqdim edilməsini tələb edib. Bundan başqa, o, hadisə baş verəndən – avqustun 17-dən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, məscidin hələ də bağlı qalmasının qanunsuz olduğunu diqqətə çatdırıb.

Cavabdeh tərəfin təmsilçisi, Nərimanov rayon Polis İdarəsinin rəis müavini Əkbər İsmayılov isə məhkəmədə ifadə verərək, “Əbu Bəkr” məscidi açılacağı təqdirdə, orada yeni terror aktlarının baş verə biləcəyi barədə əllərində dəqiq əməliyyat məlumatlarının olduğunu, buna görə də məscidin açılmasının əleyhinə çıxdıqlarını deyib. Bundan başqa, Ə. İsmayılov istintaqın hələ yekunlaşmadığını, məsciddə yoxlamaların davam etdiyini, ərazidə yaşayan əhalidən isə məscidin fəaliyyətinin bərpa olunmaması ilə bağlı xeyli müraciət aldıqlarını vurğulayıb.

“Əbu Bəkr” məscidində baş vermiş partlayışla əlaqədar daha bir neçə nəfərin həbs edildiyini bildirən Ə. İsmayılov məscidin qeyri-qanuni inşa olunması barədə sənədi də məhkəməyə təqdim edib.

Prosesində “Əbu Bəkr” məscidinin yerləşdiyi Nərimanov rayonu Ü. Bünyadzadə küçəsinin sakinləri də ifadə verərək, məscidinin açılmasının əleyhinə olduqlarını söyləyiblər.

Proses noyabrın 19-da davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR