Bank Of Baku

Şəmkirdə “Opel” piyadanı vurub

Şəmkirdə “Opel” piyadanı vurub
# 13 noyabr 2008 10:32 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Düyərli kəndində Tovuz sakini Arif Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yerli sakin İbrahim Cəlilovu vurub. İ. Cəlilov aldığı xəsarət nəticəsində hadisə yerində keçinib. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR