Bank Of Baku

Azərbaycan Ordusunun əsgəri şəhid olub

Azərbaycan Ordusunun əsgəri şəhid olub
# 13 noyabr 2008 10:44 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsinin əsgəri, 1989-cu ildə Zaqatala rayon Aşağı Tala kəndində doğulmuş Hümbətov Fərid Ələsgər oğlu noyabrın 12-də saat 17.00 radələrində erməni hərbçilərinin avtomat silahdan açdığı atəş nəticəsində həlak olub. Hərbi hissənin əməliyyat bölməsinin rəisi Tahir İsmayılov APA-nın yerli bürosuna bildirib ki, əsgər hərbi xidmətini yerinə yetirərkən - səngərdə keşik çəkdiyi vaxt 5.45 kalibrli avtomat silahdan açılan atəşlə öldürülüb.

2007-ci ilin iyul ayında Zaqatala rayon Hərbi komissarlığından hərbi xidmətə çağırılmış F. Hümbətov doğulduğu kəndində bu gün dəfn edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktla bağlı məlumat almaq mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR