Bank Of Baku

Toyda bıçaqlanma baş verib

Toyda bıçaqlanma baş verib
# 13 noyabr 2008 11:31 (UTC +04:00)
Zərdab. Zahid Abışov - APA. Zərdab rayonunun Alcanlı kəndində keçirilən toy mərasimində insident baş verib. APA-nın Aran bürosunun məlumatına görə, kənd sakini Cəbiyev Bəxtiyar Həsənxan oğlu mübahisə etdiyi qohumu Qasımov Fərahim Əli oğlunu bıçaqlayıb. Kənd sakinləri daha sonra B. Cəbiyevin əlindəki bıçaqla özünə də xəsarət yetirdiyini bildiriblər. Xəsarət alan B. Cəbiyev Zərdab, F. Qasımov isə Göyçay rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Zərdab rayon Polis Şöbəsindən faktı təsdiqləsələr də, B. Cəbiyevin özünə bıçaqla xəsarət yetirməsi iddiasının araşdırıldığını deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR