Bank Of Baku

“Xristian-Baptist” dini icmasının Zaqataladakı lideri həbsdən azad edilib

“Xristian-Baptist” dini icmasının Zaqataladakı lideri həbsdən azad edilib
# 13 noyabr 2008 16:28 (UTC +04:00)
Təqsirləndirilən şəxsin ailə üzvlərinin APA-ya verdiyi məlumata görə, Zaqatala rayon Məhkəməsində keçirilən prosesdə H. Şabanovun barəsində qaldırılmış cinayət işi üzrə kifayət qədər dəlillərin olmadığını əsas gətirilərək, onun məhkəmə zalından azadlığa buraxılması və barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilərək, 14 günlük ev dustaqlığı ilə əvəz edilməsi barədə qərar çıxarılıb. Növbəti məhkəmə prosesi noyabrın 17-də keçiriləcək.

Zaqatala Rayon Polis Şöbəsindən isə APA-ya bildirilib ki, H. Şabanov polis nəzarəti altındadır.

Qeyd edək ki, iyunun 22-də Zaqatala polisinin keçirdiyi əməliyyat zamanı rayonun Əliabad kənd sakini, “Xristian-Baptist” dini icmasının Zaqataladakı lideri Həmid Şabanovun yaşadığı mənzildən 1 ədəd “Makarov” tipli tapança, onun ehtiyat hissələri və 37 ədəd qadağan olunmuş dini ədəbiyyat aşkar edilərək götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun ehtiyat hissələrini əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR