Bank Of Baku

İlhamə Quliyevanın oğlu məhkəmədə özünü təqsirli bilmədiyini bildirib

İlhamə Quliyevanın oğlu məhkəmədə özünü təqsirli bilmədiyini bildirib
# 14 noyabr 2008 10:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bu gün xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamlı, Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin özlərindən özlərini təqsirli bilib-bilmədikləri soruşulub.

Cinayət işi üzrə ittiham olunan Mahir Mirsalamlı, Orxan Nadirov, Elşən Budaqov, Kəmalə Eyvazova özlərini təqsirli bilmədiklərini, digərləri isə qismən təqsirli olduqlarını bəyan ediblər. Bunun ardınca təqsirləndirilən şəxslərin siyahı üzrə dindirilməsi prosesinə başlanıb. Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən, onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Onlar bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR