Bank Of Baku

Polis rəisi: “Ölkənin şimal bölgəsində hansısa silahlı qarşıdurmanın olması və əməliyyat keçirilməsi haqda məlumatlar həqiqətə uyğun deyil”

Polis rəisi: “Ölkənin şimal bölgəsində hansısa silahlı qarşıdurmanın olması və əməliyyat keçirilməsi haqda məlumatlar həqiqətə uyğun deyil”
# 14 noyabr 2008 10:56 (UTC +04:00)
Xaçmaz. Solmaz Mehdiyeva - APA. “Ölkənin şimal bölgəsində son günlər hansısa silahlı qarşıdurmanın olması və polisin əməliyyat keçirməsi haqda yayılan informasiyalar həqiqətə uyğun deyil”. Bunu APA-ya açıqlamasında Xaçmaz rayon Polis Şöbəsinin rəisi Nizami Əlirzayev deyib. Rəis polisin şimal bölgəsində adi qaydada xidmət apardığını bildirib: “Bu ərazidə heç bir xüsusi əməliyyat keçirilməyib. Yalnız Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yalama və Nabran qəsəbələri ərazisində xarici ölkə vətəndaşlarının pasport qeydiyyatı ilə bağlı yoxlamalar həyata keçirilir. Həmin ərazi sərhəd bölgəsi olduğundan, bu yoxlamalar təbiidir”.

Polis rəisi yoxlamalar nəticəsində saxlanılanların olduğunu da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR