Bank Of Baku

Bakının Sabunçu rayonu ərazisində yaşayış evində güclü yanğın olub - FOTOSESSİYA

Bakının Sabunçu rayonu ərazisində yaşayış evində güclü yanğın olub - <font color=red>FOTOSESSİYA</font>
# 14 noyabr 2008 11:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bakının Sabunçu rayonu ərazisində güclü yanğın hadisəsi baş verib. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın I Zabrat qəsəbəsi, Oktyabr küçəsində 8 sıradan ibarət evlərdən birində başlayıb. Sakinlərin bildirdiyinə görə, saat 12.30-da başlayan yanğına qaz xəttində təzyiqin artmasının səbəb olduğu güman edilir. Əraziyə 3 yanğınsöndürən və bir təcili yardım maşını gətirilib. Hadisə zamanı ölən və ya yaralananların olması barədə hələlik məlumat yoxdur.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Əkbər Novruzov APA-ya bildirib ki, yanğın qəsəbənin adıçəkilən ünvanında 1 mərtəbəli binada baş verib: “Hadisə qəsəbənin 1 mərtəbəli ümumi tipli yaşayış binasında qeydə alınıb. Yanğın evin çardağından başlayıb. Sahəsi 500 kvadratmetr olan çardağın 120 kvadratmetrlik hissəsi yanıb”.

Yanğının artıq söndürüldüyünü deyən qərargah rəisi hadisə nəticəsində və yanğının söndürülməsi zamanı yanğınsöndürmə briqadasının əməkdaşlarından və vətəndaşlardan xəsarət alan olmadığını, mənzillərə ciddi ziyan dəymədiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR