Bank Of Baku

Ağsu sakinini Bakıda cərəyan vurub

Ağsu sakinini Bakıda cərəyan vurub
# 14 noyabr 2008 14:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Ağsu sakinini Bakıda cərəyan vurub. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Qafqaz küçəsi, 49 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan Ağsu rayon sakini, 1962-ci il təvəllüdlü Məhəmməd Yaqub oğlu Ağaməmmədov evin damında iş görərkən elektrik naqilinə toxunub. Elektrik cərəyanın vurması nəticəsində M. Ağaməmmədov hadisə yerindəcə keçinib.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR